Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Qazın alov rəngi ilə bağlı açıqlama - Səbəb nədir?
"Evdə qazdan istifadə edərkən görürsən ki, alov gah qırmızı, gah da sarı rəngdə yanır. Xaricdə olduğu kimi mavi rəngdə deyil".
Bu fikirləri kommunal xidmətlər üzrə ekspert Nüsrət Qasımov Baku TV-nin "Aktual gündəm" verilişində qazın keyfiyyəti ilə bağlı müzakirə zamanı səsləndirib.
Məsələyə "Azəriqaz" İstehsalat Birliyinin şöbə rəisi İlkin Behbudov da münasibət bildirib.
Onun sözlərinə görə, alovun qırmızı görünməsinin səbəbi yalnız qazın tərkibi ilə bağlı deyil:
"Əgər qaz cihazında hava-qaz qarışığı pozularsa, alov qırmızı ola bilər. Bu zaman qazın tərkibindəki hava miqdarı artır. Belə halların qarşısını almaq üçün qurğulara vaxtında texniki qulluq göstərmək vacibdir".
Ətraflı süjetdə:

"Qaz təchizatı" teqi üzrə xəbərlər
- Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq
- İnternet xətti çəkəndə borunu zədələdilər: Beş yaşayış məntəqəsi qazsız qaldı
- Sabah Bakının bəzi ərazilərində qaz olmayacaq
- Hacıqabul şəhərinin bir hissəsi QAZSIZ QALACAQ
- Elektrik enerjisi, qaz və istiliklə bağlı bu il daxil olan müraciətlərin sayı açıqlanıb