Qəbələdə ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki yolunun Mirzəbəyli kəndi ərazisində qeydə alınıb.
Rayonun Mıxlıqovaq kənd sakini, 31 yaşlı Abdullayev Sərxan Elxan oğlunun sürdüyü “VAZ 2106” markalı maşın idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb.
Nəticədə, sürücü və sərnişini 23 yaşlı Abdullayev Hidayət Allahverdi oğlu hadisə yerində ölüb.
Fakt araşdırılır.
Dursun Tağıyeva