Bir çox beynəlxalq-siyasi şərhçi, ekspertə görə dünyada həlli mümkün görünməyən üç münaqişə ocağı var idisə, onlardan biri Qarabağ idi. Səbəb isə oranın dağlıq ərazidən ibarət olması, çətin relyeflə əhatələnməsi idi.
Elə 44 günlük Vətən müharibəsində unikal əməliyyatla işğaldan azad edilən Hadrut bunun bariz nümunəsidir.
Hadruta qovuşduğumuz gündən isə bu gün tam olaraq bir il ötür.
Baku TV-nin əməkdaşları bizi Hadruta qovuşduran qəhrəmanlarla birgə qəsəbəyə gedib.
Onlar qeyd edir ki, Hadrutun işğaldan azad edilməsi zamanı nə məsafənin uzaqlığı nə də yorğunluq onları düşündürmürdü. Onların amalı yalnız irəliləmək idi.
Ətraflı süjetdə:
Qəhrəmanlar azad etdikləri Hadrutda - VİDEO