“Avtobusların hərəkət edərkən sıxlığa düşməməsi üçün avtobus zolaqlarının olmasını təklif etmişik”.
Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli bildirib.
Sədr qeyd edib ki, təklif dəyərləndirildikdən sonra qərar veriləcək:
“Yeni gələn avtobuslar marşrut xətlərinə yerləşdirildikdən sonra istifadə olunmayan avtobusları qəsəbələrətrafı və qəsəbələrdaxili hərəkət üçün təqdim edəcəyik”.
İlhamə Əbülfət