Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
![Xidmət rəisi: "Dağlıq rayonlarda yolların buz bağlaması ehtimalı var"](https://images.oxu.az/2024/12/19/wKcoR3blkkLqVWYGIuEyOwUogeqWaA5nyIqfmm6j:1200.webp)
Xidmət rəisi: "Dağlıq rayonlarda yolların buz bağlaması ehtimalı var"
Bakıda və Abşeron yarımadasında fevralın 8-i və 9-da hava şəraitinin arabir yağıntılı olacağı, yarımadanın bəzi yerlərində sulu qar yağacağı gözlənilir.
Oxu.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.
O qeyd edib ki, ölkə ərazisində müşahidə olunan güclü şimal-qərb küləyi fevralın 9-da səhər saatlarından tədricən zəifləyəcək:
"Bölgələrdə də fevralın 8-də yağıntılı hava şəraiti davam edəcək, dağlıq və dağətəyi rayonlarda qar yağacaq. Fevralın 9-da səhər saatlarından yağıntıların tədricən kəsiləcəyi, gündüz əksər rayonlarda hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir".
Xidmət rəisi bildirib ki, fevralın 10-da Bakıda və Abşeron yarımadasında eləcə də bölgələrdə hava şəraitinin nisbətən sabitləşəcəyi, gündüz əsasən yağmursuz keçəcəyi, mülayim qərb küləyi əsəcəyi gözlənilir:
"Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 2-5, aran rayonlarında 5-8 dərəcə isti, dağlıq rayonlarda isə 5 dərəcəyədək şaxta olacaq.
Gözlənilən şaxtalı hava şəraiti ilə əlaqədar 8-10 fevral tarixlərində dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var".
"Yaxın 3 gün ərzində ölkə ərazisində qeyri-sabit, yağıntılı və küləkli hava şəraiti hökm sürəcək, dağlıq və dağətəyi ərazilərdə qar yağacaq, yollar buz bağlayacaq".
Oxu.Az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova deyib.
Nazirlik rəsmisi qeyri-sabit hava şəraiti ilə əlaqəli sinoptiklərin verdiyi xəbərdarlıqlara əməl edilməsi tövsiyəsi ilə bir daha vətəndaşlara müraciət edib:
"Hava haqqında Milli Hidrometeorologiya Xidmətinin əvvəlcədən açıqladığı məlumatlara, xüsusən xəbərdarlıqlarla bağlı çağırışlara diqqət yetirilməli və gündəlik fəaliyyətdə mütləq şəkildə nəzərə alınmalıdır. Vətəndaşlara qeyri-sabit və küləkli hava şəraitində ehtiyatlı olmağı, hündür ağacların altında dayanmamağı, nəqliyyat vasitələrini irigövdəli ağacların altında saxlamamağı, dağlıq və dağətəyi ərazilərdə yolların buz bağlaması səbəbindən sürücülərə hərəkət edərkən diqqətli və ehtiyatlı davranmalarını tövsiyə edirik.
Hər birimizin ehtiyatsızlığı müəyyən hadisələrə səbəb ola bilər. Xoşagəlməz halların baş verməməsi üçün ardıcıl olaraq verilən hava xəbərdarlıqlarına, çağırışlara və tövsiyələrə əməl olunması vacibdir".
"Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN)" teqi üzrə xəbərlər
- Qafar Ağayev: "Ekologiya və Təbii Sərvətlər Nazirliyi aqrotexniki xidmət göstərmir"
- Bakıda 1 650 ağac köçürüləcək
- Küləyin sürəti narıncı xəbərdarlıq şkalasına keçəcək - XƏBƏRDARLIQ
- Hacı Zeynalabdin qəsəbəsinin sakinləri antisanitar vəziyyətdən narazıdırlar - ŞİKAYƏT
- Azərbaycanda dövlətə məxsus iki gəmi hərraca çıxarılacaq
Rəylər