Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
![Qafar Ağayev: "Ekologiya və Təbii Sərvətlər Nazirliyi aqrotexniki xidmət göstərmir"](https://images.oxu.az/2025/02/07/Z8S6fhiIzMgcbMBjNZh9yJTZyNMWmVmpO2WNGpO9:1200.jpg)
Qafar Ağayev: "Ekologiya və Təbii Sərvətlər Nazirliyi aqrotexniki xidmət göstərmir"
"Yol infrastrukturu ilə bağlı işlər görərkən yaranmış bərk tullantıların düzgün idarə edilməsi məsələsinə diqqət edilməlidir".
Oxu.Az xəbər verir ki, bunu 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin müdiri Qafar Ağayev "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı" ilə bağlı ictimai dinləmədə deyib.
O bildirib ki, paytaxt ərazisində yolların genişlənməsi, yeni yolların salınması zamanında təmir tikinti işləri aparılarkən bərk tullantıların düzgün idarə edilməsi məsələsi ilə yanaşı böyük ictimai narazılığa səbəb ola biləcək amillərə diqqət etmək lazımdır.
O, həmçinin vurğulayıb ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi aqrotexniki xidmət göstərmir:
"Onun müxtəlif bölmələri var ki, burada yaşıllığa nəzarət edilir. Hansısa yolda işıqlandırmanı, yol nişanlarını məhdudlaşdıran formada mövcud vəziyyət varsa, aidiyyəti qurumlara müraciət edilməlidir. Qaldı ki, ağacların budanması zamanı cərimələrin yazılmasına, İnzibati Xətalar Məcəlləsində bununla bağlı hər hansı cərimə nəzərdə tutulmayıb. Burada ağacların zədələnməsi istisna təşkil edir. Ağacların budanması zamanı bizim nümayəndəmiz yalnız ağacın zədələnməməsinə, qanunvericiliyin tələblərinə riayət olunmasına nəzarət üçün orada iştirak edə bilər".
Aygün Mirakif
"Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN)" teqi üzrə xəbərlər
- Xidmət rəisi: "Dağlıq rayonlarda yolların buz bağlaması ehtimalı var"
- Bakıda 1 650 ağac köçürüləcək
- Küləyin sürəti narıncı xəbərdarlıq şkalasına keçəcək - XƏBƏRDARLIQ
- Hacı Zeynalabdin qəsəbəsinin sakinləri antisanitar vəziyyətdən narazıdırlar - ŞİKAYƏT
- Azərbaycanda dövlətə məxsus iki gəmi hərraca çıxarılacaq
Rəylər