Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Qəza ilə bağlı psixoloji dəstək qrupu YARADILDI
Bakı-Qroznı reysi üzrə uçan təyyarənin qəzaya uğraması nəticəsində zərərçəkən ailələrə dəstək məqsədilə psixoloqlardan ibarət qrup yaradılıb.
Oxu.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, qrup üzvləri Heydər Əliyev Beynəlxalq Aeroportunda fəaliyyət göstərir, heyətin bir neçə üzvü isə Aktauya ezam edilib.
Bununla yanaşı, Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən əlaqələndirilmiş qaydada təşkil edilən təcili tibbi yardım briqadası hava limanında hazır vəziyyətə gətirilib. Bu istiqamətdə Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyinin könüllülərindən ibarət dəstək qrupu da formalaşdırılıb.
Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə yaradılan Dövlət Komissiyası Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhərində qəzaya düşməsi nəticəsində xəsarət alan şəxslərin vəziyyəti və onları Azərbaycana gətirilməsinin mümkünlüyünü öyrənir. Bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
"Səhiyyə Nazirliyi" teqi üzrə xəbərlər
- Bayram günlərində klinikalar işləyəcəkmi? - Rəsmi cavab və təkliflər
- Sertifikasiyadan keçməyib, texniki universiteti bitirən Nigar Rüfət necə həkim olub?
- Səhiyyə Nazirliyi bayram günləri ilə əlaqədar əhaliyə müraciət etdi
- Azərbaycanda süni intellekt tibbin hansı sahəsində tətbiq olunur? - Nazir açıqladı
- Səhiyyə Nazirliyi bütün tibb müəssisələrinə MƏKTUB göndərib