Dünən Qaradağ rayonunda Qobustan-Ələt magistral avtomobil yolunda Daşgül qəsəbəsi ərazisində bir nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, 1979-cu il təvəllüdlü İsgəndərov İsgəndər Yurdçu oğlunun idarə etdiyi “VAZ-2106” markalı “10-DS-776” dövlət nömrə nişanlı minik avtomobili yoldan çıxaraq yolun kənarındakı radar dirəyinə çırpılıb.
Maşındakı sərnişin, 1965-ci il təvəllüdlü Babayev Əsgər Minbər oğlu hadisə yerində ölüb.
Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin Qobustan rayonu üzrə xilasedicilər qrupu gəlib. Onlar maşında sıxılmış vəziyyətdə qalmış cəsədi çıxararaq, aidiyyatı üzrə təhvil veriblər.