Qubada avtomobilin çaya aşması nəticəsində ölən gənc qız qaçırılıbmış.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 23 yaşlı İ.Səfərli Rustov kəndinə qonaq gəlib.
Qeyd olunur ki, qızı qaçıran iki nəfərdən biri onun sevgilisi, digəri isə sevgilisinin dostu olub.
İlkin məlumata görə, İ.Səfərlinin qohumları onun qız qaçırmasına əngəl olmaq üçün avtomobili təqib ediblər və qəza da bu səbəbdən baş verib.
Faktla bağlı araşdırma aparılır.
10:04
Quba rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Nügədi kəndi ərazisində qeydə alınıb. “Hyundai” markalı nəqliyyat vasitəsi idarəetməni itirərək körpüdən aşıb. Qəza nəticəsində maşında olan bir nəfər qadın dünyasını dəyişib, iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.