Ötən il Azərbaycanda qida təhlükəsizliyinin, heyvan və bitki sağlamlığının təmin edilməsi məqsədilə qida zəncirinin bütün mərhələlərini əhatə edən nəzarət tədbirləri həyata keçirməklə, 4 304 müəssisədə ümumilikdə 4 884 yoxlama aparılıb.
Oxu.Az xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatında əksini tapıb.
Sənəddə qeyd olunub ki, həyata keçirilən nəzarət tədbirləri nəticəsində insan həyatı və sağlamlığı üçün təhlükə yaradan qanun pozuntuları ilə bağlı 1 676 müəssisə barədə 2 427 sayda məhdudlaşdırıcı tədbirin tətbiqinə dair qərarlar qəbul edilib. Qida təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarəti tədbirləri nəticəsində istehlaka yararsız 270 ton, 13.5 min sayda qida məhsulu məhv edilib, 1.7 ton qida məhsulunun isə təyinatı dəyişdirilərək utilizasiya edilib.
Hesabatda bildirilib ki, ölkə ərazisində fəaliyyət göstərən 84 ərzaq bazarında həyata keçirilən nəzarət tədbirləri nəticəsində 17 bazarda nöqsanlar tam ardan qaldırılaraq sağlamlaşdırma işləri aparılıb, 8 bazarda nöqsanlar qismən ardan qaldırılıb.
Ümumilikdə isə aparılan yoxlama, monitorinq və digər nəzarət tədbirləri çərçivəsində 4.8 min iş üzrə tənbehvermə haqqında verilmiş qərarlar əsasında ümumilikdə 4.2 milyon manat məbləğində cərimənin tətbiqi ilə bağlı qərarlar qəbul edilib.
Mərahim Nəsib