2025-ci ildə Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) və minatəmizləmə əməliyyatlarına cəlb olunan dövlət və qeyri-dövlət qurumları tərəfindən ümumilikdə 69 205.7 hektar ərazidə minatəmizləmə əməliyyatları icra edilib, həmin ərazilərdə 59 216 ədəd mina və digər partlayıcı sursat aşkar edilərək zərərsizləşdirilib.
Oxu.Az xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatında əksini tapıb.
Qeyd olunub ki, 2025-cı ildə həyata keçirilən minatəmizləmə əməliyyatlarında agentlik tərəfindən 50 075.9 hektar, Müdafiə Nazirliyi tərəfindən 7 034.6 hektar, Fövqəladə Hallar Nazirliyi tərəfindən 880.6 hektar, Dövlət Sərhəd Xidməti tərəsindən 22.6 hektar və yerli şirkətlər tərəfindən 11 192 hektar ərazi təmizlənib.
Hesabat dövründə agentlik tərəfindən 50 877, MN tərəfindən 313, FHN tərəfindən 482, DSX tərəfindən 39 ədəd, yerli şirkətlər tərəfindən isə 7 505 ədəd mina və partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib.
Mərahim Nəsib