QMİ azərbaycanlı zəvvarların VİP təyyarələrlə həccə getməsinə aydınlıq gətirib.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, Azərbaycandan bu il Həcc ziyarətinə gedəcək zəvvarların VİP təyyarələrlə aparılacağı haqqında xəbərlərlə bağlı bildirilir ki, bu, tam təsdiqlənməmiş xəbərdir.
Belə ki, Qafqaz Müsəlmanları İdarəsinin rəsmiləri hal-hazırda aviaşirkətlə danışıqlar aparmaq üçün Səudiyyə Ərəbistanında ezamiyyətdədirlər. Yaxın günlərdə danışıqlar bitdikdən və muvafiq müqavilə imzalandıqdan sonra mətbuat vasitəsilə ictimaiyyətə bu barədə ətraflı açıqlama veriləcək.