Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
:1200.jpg)
“Qobu Park” yaşayış massivində dayanacağın dağılma səbəbi bilindi - RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
“Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Qobu Park” yaşayış massivinin girişində quraşdırılan dayanacaq güclü külək səbəbindən dağılıb”.
Bu məlumat Oxu.Az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Mətbuat Xidmətindən verilib.
Məlumatda qeyd olunub ki, 4 aprel tarixində baş verən güclü külək səbəbindən paytaxtın bir neçə ərazisində dayanacaq pavilyonları zərər görüb:
“AYNA-nın əməkdaşları tərəfindən dayanacaq məntəqələrinə baxış keçirilərək, zədələnmiş konstruksiyalar bərpa edilib, yararsız elementlər ərazidən götürülüb. Pavilyonların bərpası istiqamətində təxirəsalınmaz işlər görülür. Sözügedən ünvanda dayanacaq pavilyonu yaxın zamanda bərpa ediləcək”.
10:56
“Qobu Park” yaşayış massivinin girişindəki dayanacaq yol-nəqliyyat hadisəsi nəticəsində dağılmayıb”.
Bunu Oxu.Az-a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin İnspektoru Elvin Hacıyev deyib.
O, qeyd edib ki, hadisə baş verən əraziyə DYP əməkdaşları baxış keçiriblər:
“Ərazidə yol-nəqliyyat hadisəsi qeydə alınmayıb və yol hərəkət iştirakçılarına heç bir zərər dəyməyib”.
09:46
Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Qobu Park” yaşayış massivinin girişində quraşdırılan dayanacaq dağılıb.
Bu barədə Oxu.Az-a sakinlər xəbər veriblər.
Qeyd olunub ki, dayanacağın hansı səbəbdən dağılması və ya dağıdılması məlum deyil.
Videonu təqdim edirik:
Əzizə İsmayılova