Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Qobustanda avtoqəzada hindistanlıların ölümündə günahlandırılan şəxslə bağlı QƏRAR
Bakı Apellyasiya Məhkəməsində yol-nəqliyyat Hindistan vətəndaşlarının ölümünə səbəb olmaqda təqsirləndirilən Həsənağa Həsənovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az xəbər verir ki, hakim Ramin Qaraqurbanlının sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, şikayət təmin edilməyib.
Qeyd edək ki, hadisə ötən il iyulun 23-də saat 11 radələrində Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində qeydə alınıb.
Belə ki, qəsəbə sakini H.Həsənov idarə etdiyi “Mitsubishi” markalı avtomobili aşırıb. Nəticədə sərnişinlərdən Hindistan vətəndaşları - Pervin Şroff və Malhotra Neena hadisə yerində ölüb, sürücü və digər sərnişin isə xəstəxanaya yerləşdiriliblər.
Hadisədən sonra H.Həsənov cinayət məsuliyyətinə cəlb edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, üç il müddətinə azadlıqdan məhrum edilib. Hökmdə qeyd edilib ki, təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.
"Bakı Ağır Cinayətlər Məhkəməsi" teqi üzrə xəbərlər
- Arvadını qətlə yetirən 55 yaşlı kişinin etirafları: "Qızımın ailəsini dağıtdı, məni bezdirdi"
- Habil Vəliyevə bu dəfə daha ağır cəza verildi
- Sabiq bələdiyyə sədrinin bacısı ilə bağlı daha bir hökm çıxarıldı
- Xəstələrin bir milyon manatının mənimsənilməsi ilə bağlı məhkəmədə şahidlər ifadə veriblər
- Biznesmeni qisas zəminində öldürən şəxsə 11 il həbs cəzası verildi