Azərbaycanda ömürlük həbs cəzasına məhkum edilmiş şəxs ölüb.
Oxu.Az xəbər verir ki, APA-nın məlumatına görə, hadisə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsində qeydə alınıb.
Qobustan qapalı həbsxanasında cəza çəkən 1961-ci il təvəllüdlü Xanbala Məmmədovun səhhəti qəfildən pisləşib və müalicə müəssisəsinə köçürülüb. Həkimlərin səyinə baxmayaraq, X. Məmmədovu xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
E.Ə.
www.oxu.az