Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Kirayə qaldığı evdə intihar edən şəxs müəllim olub
Balakəndə intihar edən 65 yaşlı Məmməd Məmmədovla bağlı bəzi detallar məlum olub.
Oxu.Az-ın məlumatına görə, M.Məmmədov əvvəllər Balakəndə müəllim kimi fəaliyyət göstərib.
O, məhz həmin vaxtlarda intihar etdiyi evdə kirayə qalıb.
İki gün əvvəl M.Məmmədov həmin evə tək gəlib və bu gün canına qəsd edib.
Aytac Qasımova
Qax sakini Balakəndə özünü asaraq intihar edib.
"Unikal" xəbər verir ki, Qax rayon sakini 1959-cu il təvəllüdlü Məmməd Məmmədov Balakən rayonuna qonaq getdiyi yerdə özünü asaraq intihar edib.
65 yaşlı M.Məmmədovun hansı səbəbdən intihar etdiyi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.