Ucar rayonunda bədbəxt hadisə baş verib.
Oxu.Az xəbər verir ki, hadisə rayonun Qulabənd kəndində qeydə alınıb.
Belə ki, rayon sakini, 1988-ci il təvəllüdlü Elvin Xankişiyevi elektrik cərəyanı vuraraq öldürüb.
İlkin məlumata görə, onu qonşunun həyətində xırnik yığan zaman elektrik cərəyanı vurub.
Faktla bağlı araşdırma aparılır.
İqbal Ziya
Qaynar xətt:
(055) 224 12 12