Bugün səhər saatlarında Quba-Xaçmaz yolunun Zərdabi kəndi ərazisindən keçən hissəsində baş vermiş qəzanın səbəbləri və qəzada həlak olanların şəxsiyyəti müəyyən edilib.
Oxu.Az-a hüquq-mühafizə orqanlarından verilən məlumata görə, polis əməkdaşları tərəfindən aprılan ilkin araşdırmalara görə Quba şəhər sakini Nəriman Süleymanovun idarə etdiyi “Mercedes” markalı avtomobil yüksək sürətlə hərəkətdə olarkən qarşısına çıxan iti vurub. Sürücünün idarəetməni itirməsi səbəbindən avtomobil yol kənarındakı ağaca çırpılıb.
Nəticədə həmin maşında olan sürücü və Quba şəhər sakini Məmmədhəsən Əkbərov, Gəncə şəhəri Kəpəz rayon sakinləri Şəfa Qasımova, Kəmalə Cəfərova və Şəmkir rayon sakini Larisa Həsənova həlak olublar.
Faktla bağlı Quba RPŞ-nin İstintaq Bölməsində araşdırma aparılır.