Quba rayonunda 67 yaşlı kişi hoteldə ölü tapılıb.
Oxu.Az-ın məlumatına görə, hadisə rayon ərazisindəki hotellərdən birində baş verib.
1959-cu il təvəllüdlü Xanuka Panivilovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti hotel nəzarətçisi tərəfindən qonaq otaqlarından birində aşkarlanıb.
Faktla bağlı Quba Rayon Prokurorluğunda araşdırma aparılır.
Qaynar xətt:
(055) 224 12 12