ABŞ Venesuelada keçirilən əməliyyata oxşar bir əməliyyatla Kuba Prezidenti Migel Dias-Kanelin oğurlandığı və ya öldürüldüyü ehtimalını nəzərdən keçirir.
Oxu.Az-ın "C-Span" nəşrinə istinadən xəbərinə görə, bu barədə Pentaqon rəhbəri Pit Heqset jurnalistlərə bildirib.
"Deyə biləcəyim tək şey: variantlar, variantlar, variantlar. Bizim işimiz, ali baş komandanın, ABŞ prezidentinin hansı istiqamətə hərəkət etmək istəyindən asılı olaraq müxtəlif miqyaslı variantlar təklif etməkdir. Ələ keçirilmək və məhv edilmək əvvəlki kimi variantdır. Bu bizim işimizdir. Bizim təşkilatımız sözün əsl mənasında planlaşdırma ilə yaşayır və işimizə qayıtsaq, hələ biz buradayıq: bütün bu variantlar masadadır", - deyə Heqset jurnalistlərin ABŞ-nin Kuba liderini ələ keçirməyi və ya öldürməyi planlaşdırıb-planlaşdırmadığı ilə bağlı suallarını cavablandırarkən bildirib.
Heqset əlavə edib ki, Havana ABŞ-yə təhdidlərlə "oyuna girişməməlidir", çünki "bunun sonu yaxşı bitməyəcək". Onun sözlərinə görə, Vaşinqton bütün dünyada vəziyyəti izləyir və ciddi qərarlar qəbul etməli olan Kuba rejiminə "haqlı" təzyiqi qeyd edir.
O xəbərdarlıq edib ki, belə bir vəziyyətdə liderlər bəzən "səhv" seçim edirlər və ABŞ-nin "bütün zəruri imkanlarla" "cavab verməli" ola biləcəyi təhdid yaratmamağa çağırıb.
İyun ayında ABŞ Maliyyə Nazirliyi Kuba Prezidenti Dias-Kanelə və onunla əlaqəli şəxslərə və qurumlara qarşı sanksiyalar tətbiq edildiyini elan edib. O, 2018-ci ildə Kubanın keçmiş lideri Fidel Kastronun qardaşı Raul Kastronun yerinə keçdikdən bəri prezident vəzifəsində çalışır.