Ötən gün Quba rayonunda 20 yaşlı gənc ailəsini həyəcanlandırıb.
Oxu.Az xəbər verir ki, ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə axşam saatlarında baş verib.
Belə ki, 1994-cü il təvəllüdlü Təbriz Abdullayev yaşadığı evdə özünü asıb.
Bu vaxt ailə üzvləri onu xilas ediblər. Yaxınları tərəfindən aşkar edilən gənc Quba Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.
Həkimlərin səyi nəticəsində onun həyatını xilas etmək mümkün olub.
Hadisənin səbəbləri araşdırılır.