Quba rayonunun Zərdabi qəsəbəsində kanalizasiya borusunun tutulması nəticəsində evləri və yolu su basıb.
Oxu.Az "Report"a istinadla xəbər verir ki, Quba və Qusar rayonlarının mərkəzi kanalizasiya xəttinin qarşısının tıxanması nəticəsində tullantı suları Quba-Xaçmaz yolunun kənarı boyunca yayılıb.
Qubada kanalizasiya borusu tutuldu, evləri çirkab su basdı - FOTO - VİDEO
Eyni zamanda 10-a yaxın evin həyətinə çirkab su dolub.