Quba rayonu ərazisində Ağçay üzərində yerləşən körpünün aşması nəticəsində bağlanan Tülər kəndinə gedən yol açılıb.
Oxu.Az Report-a istinadən xəbər verir ki, Azəravtoyol ASC-nin əməkdaşları əraziyə gələrək, yola suötürücü borular quraşdırıb.
Rayonun icra nümayəndəsi Oktay İsayev açıqlamasında bildirib ki, hər il may ayında çaya sel gəlir və bu, fəsadsız ötüşmür:
“Hazırda kəndə gəliş-gediş asandlaşdırılıb. Çayın üzərində müasir körpünün tikintisi üçün müvafiq qurumlara xəbərdarlıq edilib”.
Qeyd edək ki, dünən Quba ərazisindən keçən Ağçay üzərində yerləşən körpünü sel aparıb.
11:50
Ötən gün Qusar rayonunda baş verən torpaq sürüşməsindən sonra bu gün Qubada da eyni hal qeydə alınıb.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, gecə saatlarında Quba-Xınalıq yolunda sürüşmə qeydə alınıb.
Tonlarla çəkisi olan daşlar sürüşərək yola tökülüb. Bəzi daş, qaya parçalarının çəkisi 15-20 tona yaxındır.
Sürüşməyə səbəb isə son günlər müşahidə edilən intensiv yağışlar olub. Adıçəkilən yol sürüşməyə meyilli ərazidir və müntəzəm olaraq qaya, daş parçaları axıb gələrək yola tökülür.
“Azəravtoyol” ASC-nin sahə rəisi Bilal Sultanov bildirib ki, yolun 37 km hissəsi bağlanıb. Nəticədə 8-9 kəndin rayon mərkəzi ilə əlaqəsi kəsilib.
Ötən gün baş verən sürüşmə nəticəsində Qusar-Kuzun yolunun kəndin girəcəyindəki hissəsi tamamilə bağlanıb və bununla da sakinlərin rayon mərkəziylə nəqliyyat əlaqəsi kəsilib.
Dərhal “Azəravtoyol” QSC-nin yerli idarəsinin canlı qüvvəsi və iki texnikası sürüşən yola cəlb olunub. Yolun açılması istiqamətində işlərə başlanılıb. Qurumdan da sürüşməyə səbəb kimi rayonda yağıntının miqdarının çox olması bildirilib.
E.Ə.
www.oxu.az