Qubada iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonun Amsar kəndi ərazisində VAZ-2107 və GAZ-33021 markalı avtomobillər toqquşub.
Hadisə zamanı avtomobillərin sürücüləri Coşqun Mirzəyev və Fariz Əşrəfov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı Quba Rayon Polis Şöbəsinin istintaq bölməsində araşdırmalar aparılır.


15.10.2023, 21:36
Bu gün axşam saatlarında Quba-Nügədi yolunda yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın Şimal bürosu xəbər verir ki, VAZ-2106 və “Qazel” markalı avtomobillərin toqquşması nəticəsində 2 nəfər xəsarət alıb.
Xəsarət alanlar Quba Diaqnostika Mərkəzinin reanimasiya şöbəsinə yerləşdiriliblər.
Xəstəxananın Mətbuat Xidməti zərərçəkənlərlə bağlı məlumat verməkdən imtina edib.
Faktla bağlı araşdırma aparılır.