Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Qüdrət Həsənquliyev: "İstiliyin verilməsi havanın temperaturu ilə müəyyən olunmalıdır"
İstilik təchizatı sahəsinin özəlləşdirilməsi təklif olunur.
Oxu.Az xəbər verir ki, bu təkliflə Milli Məclisin deputatı Qüdrət Həsənquliyev "İstilik təchizatı haqqında" Qanunun müzakirəsi zamanı çıxış edib.
O bildirib ki, bu addım atılmadan yüksək xidmətə nail olmaq olmaz:
"Həmçinin, vaxtilə Baş nazir Əli Əsədova da müraciət etmişdim ki, istiliyin verilməsi günlə müəyyən edilir. Ancaq istilik havanın temperaturu ilə müəyyən olunmalıdır. Qanunda qeyd olunmalıdır ki, məsələn, hava 18 dərəcəyə düşəndə istilik işə düşsün. Dəfələrlə mənə bununla bağlı müraciətlər olur. Vətəndaşlar deyirlər ki, hava soyuyur, enerjidən istifadə olunur. Bu da əlavə maddi itkilərə səbəb olur və yüklənmələr baş verir. İstilik verilən evlər daha çox 9 mərtəbəli panel binalardır. Havanın temperaturu düşən kimi evlər də soyuyur. Həmçinin, vətəndaşlarla imzalanan müqavilələrin nümunələri qanunda yer almalıdır".
Məhərrəm Əliyev
"Qüdrət Həsənquliyev" teqi üzrə xəbərlər
- Deputat: "Saat 18:00-dan sonra xəstə əməliyyat etmək həkimlərə qadağan olunmalıdır"
- Deputat bir sıra şəxslərin müvafiq vəsait qarşılığında hərbi xidmətdən azad olunmasını təklif edib
- Qüdrət Həsənquliyev: "Fəlsəfə doktorları, AMEA-nın elmi işçilərinin də maaşları azdır"
- Deputat: "Məişət zorakılığından qadınlardan çox kişilər əziyyət çəkir"
- Deputatdan təklif: "Milli Məclis sədrinə səlahiyyət verilsin"