Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Monitorinq nəticəsi şagirdlərin sinifdən sinfə keçmələrinə təsir göstərəcək?
Mayın 17-də IV, mayın 18-də isə VI sinif şagirdləri üçün monitorinq imtahanları keçiriləcək. Bəs monitorinq nəticəsi şagirdlərin sinifdən sinfə keçmələrinə təsir göstərəcəkmi?
Oxu.Az xəbər verir ki, bu barədə Təhsil İnstitutu məlumat yayıb.
Bildirilib ki, monitorinqin nəticələri şagirdin məktəbdaxili qiymətləndirməsinin nəticələrinə və sinifdən sinfə keçmələrinə təsir göstərmir. Bu barədə məktəb sənədlərində qeyd aparılmır.
Qeyd olunur ki, monitorinqlərin keçirilməsində əsas məqsəd şagird nailiyyətlərinin yaxşılaşdırılması, şagirdlərdə müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığının müəyyən edilməsi və tədrisin keyfiyyətinin artırılması istiqamətində tədbirlərin görülməsidir.
"Təhsil İnstitutu" teqi üzrə xəbərlər
- Lisey və gimnaziyalara qeydiyyat prosesinə start verilir
- Lisey və gimnaziyalarla bağlı qadağa LƏĞV EDİLDİ
- Lisey və gimnaziyalara qəbul qaydaları niyə dəyişdirildi? - RƏSMİ AÇIQLAMA
- "Zəkaların mübarizəsi" olimpiadasının final mərhələsi keçirilib
- Sabahdan şagirdlərin yerdəyişməsi müvəqqəti dayandırılacaq