2026-2027-ci tədris ili üzrə mərkəzləşdirilmiş qaydada qəbul aparılan lisey və gimnaziyalara seçimlərin nəticələri elan olunub.
Oxu.Az xəbər verir ki, bu barədə Təhsil İnstitutu məlumat yayıb.
Bildirilib ki, şagirdlər qəbulun nəticələri ilə sy.edu.az platformasında "İmtahanlar" bölməsinin "Lisey seçimi" altbölməsindən tanış ola bilərlər.
Lisey və ya gimnaziyalara qəbul olunan şagirdlərin sənəd qəbulunun avqustun ilk yarısında həyata keçirilməsi nəzərdə tutulur.
Yerdəyişmə sistemi aktivləşdikdə qəbul olunan şagirdlər üçün elektron sistem üzərindən avtomatik sorğular yaradılacaq. Şagirdlər və valideynlər şəxsi kabinetlərindəki "Sorğularım" bölməsi vasitəsilə həmin sorğuların icra vəziyyətini və mərhələlərini izləyə biləcəklər.
Lisey və gimnaziyaların keçid balları ilə tanış olmaq üçün linkə daxil olun.