Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Qudyalçayın yaratdığı təhlükənin qarşısını almaq üçün işlərə start verildi
Xaçmazın Xaspoladoba kəndində Qudyalçayın yaratdığı təhlükənin qarşının alınması üçün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) daş-beton bəndin inşası üçün layihə-smeta sənədlərinin hazırlanması işlərinə start verib.
Oxu.Az xatırladır ki, bir neçə gün öncə Qudyalçaya gələn sel nəticəsində Xaspoladoba kəndində bir neçə yaşayış evi üçün ciddi təhlükə yaranıb.
Belə ki, sel suları yatağı genişləndirib və nəticədə çay evlərə yaxınlaşıb. Gələcəkdə baş verə biləcək neqativ halların qarşısının alınması üçün bənd-bərkitmə işləri həyata keçirilib və həmin ərazidə daş-beton bəndin inşası üçün ilk addımlar atılıb. Aidiyyəti qurumlarla birgə işlər aparılır. Layihənin smetası təsdiqləndikdən sonra işin icrasına başlanacaq. Bu ilin sonuna həmin ərazidə sel təhlükəsi olan yerlərdə beton bəndin çəkilməsi işləri həyata keçiriləcək.
Xatırladaq ki, 16-17 aprel tarixlərində Qudyalçayda baş vermiş sel nəticəsində körpü yararsız vəziyyətə düşüb və 10-a yaxın kəndin Xaçmazın rayon mərkəzi ilə əlaqəsini çətinləşib. Sel sularının artması nəticəsində bir neçə ev qəzalı vəziyyətə düşüb.
"Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA)" teqi üzrə xəbərlər
- Bakıya suyun verilişi nə zaman bərpa olunacaq? - RƏSMİ AÇIQLAMA
- Binalar susuz, SAKİNLƏR NARAZI: "Bəs demişdilər, suyu qrafiklə verəcəyik?"
- Naxçıvanda yeni qurum yaradıldı - Rəis təyin olundu
- Dörd gün niyə susuz qalacağıq? - SƏBƏB AÇIQLANDI
- ADSEA-nın sabiq idarə rəisi işçisini məhkəməyə verdi - 7,5 milyard mənimsəmə iddiası