Lerikdə baş vermiş zəlzələdən sonra 20-ə qədər zəif təkanlar qeydə alınıb.
Bunu Oxu.Az-a açıqlamasında Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.
Onun sözlərinə görə, hazırda afterşoklar davam edir:
“Hesab edirəm ki, maqnitudası 5 baldan yuxarı olan təkan gözlənilmir”.
Q.Yetirmişli qeyd edib ki, ərazidə elə bir ciddi dağıntı yoxdur:
“Ola bilər ki, kənd yerlərində tövlələrdə, evlərdə çatlar yaransın. Ancaq elə bir ciddi dağıntı yoxdur”.
İlhamə Əbülfət
www.oxu.az