Abşeron rayonunda “Səba” quşçuluq fabrikinin ərazisində ümumi sahəsi 2900 kv.m olan sexin yanar konstruksiyaları 2100 kv.m sahədə yanıb.
Oxu.Az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, sexin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın saat 15:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.