Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Ramazan ayının on yeddinci gününün imsak, iftar və namaz vaxtları
Sabah Ramazan ayının on yeddinci günüdür.
Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, martın 17-də imsak vaxtı saat 05:23-də, iftar vaxtı isə 19:04-dədir.
Martın 17-si üçün namaz vaxtları:
Sübh azanı | 05:28 |
Zöhr azanı | 12:49 |
Əsr azanı | 17:03 |
Məğrib azanı | 19:04 |
İşa azanı | 20:04 |
On yeddinci günün imsak vaxtı üçün duanı təqdim edirik:
"Allahummə əhdini fihi lisalihil-ə-mal. Vəqzi li fihil-həvaicə vəl-amal. Ya mən la yəhtacu ilət-təfsiri vəs-sual. Ya alimən bima fi suduril-aləmin. Səlli əla Muhəmmədin və alihit-tahirin!"
Tərcüməsi:
"İlahi, mənə bu ayda saleh əməllərə doğru yol göstər, ehtiyac və amallarımı yerinə yetir, ey etdikləri barədə izaha və suala ehtiyacı olmayan, ey aləmlərin batinində olanları Bilən! Muhəmmədə və onun pak ailəsinə salavat və rəhmət bəxş elə!"
İftar duası:
"Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli!"
Tərcüməsi:
"İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!"
Allah orucunuzu qəbul eləsin!
"Ramazan ayı 2025" teqi üzrə xəbərlər
- Ramazan ayının on altıncı gününün iftar və namaz vaxtları
- Ramazan ayının on altıncı gününün imsak, iftar və namaz vaxtları
- Ramazan ayının on beşinci gününün iftar və namaz vaxtları
- Ramazan ayının on beşinci gününün imsak, iftar və namaz vaxtları
- Ramazan ayının on dördüncü gününün iftar və namaz vaxtları