Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Hikmət Hacıyev: "Bakı Forumu özünü beynəlxalq platforma kimi təsdiqləyib"
"Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən XII Qlobal Bakı Forumu uğurla başa çatıb. Qlobal Bakı Forumu özünü əsas qlobal problemlərin müzakirəsi üçün əhəmiyyətli beynəlxalq platforma kimi təsdiq edib".
Oxu.Az xəbər verir ki, bunları Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X"dəki səhifəsində yazıb.
"Bu münasibətlə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi Rövşən Muradova, o cümlədən bütün komandanı və könüllüləri ürəkdən təbrik edirəm. Dahi Azərbaycan şairi Nizami Gəncəvinin adını daşıyan Mərkəz onun humanizm fəlsəfəsini təcəssüm etdirir.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə gələcək fəaliyyətlərində uğurlar arzulayıram", - H.Hacıyev qeyd edib.
The 12th Global Baku Forum, organized by the Nizami Ganjavi International Center, has successfully concluded. The Global Baku Forum has established itself as a significant international platform for discussing major global issues.
— Hikmet Hajiyev (@HikmetHajiyev) March 16, 2025
I extend my heartfelt congratulations to Rovshan… pic.twitter.com/4t5ikr5AbE
"Hikmət Hacıyev" teqi üzrə xəbərlər
- Trampın köməkçisi: "Cənubi Qafqazdakı münaqişə sona çatmalıdır"
- Hikmət Hacıyev: "Azərbaycan Cənubi Qafqazda yeni status-kvonun əsasını qoyub"
- Hikmət Hacıyev: "Türk Dövlətləri Təşkilatı bölgədə yeni reallıqdır"
- Hikmət Hacıyev: "Şərq-Qərb toqquşması dərinləşir"
- PA rəsmisi: "Ermənistanın Azərbaycana vurduğu zərərə görə təzminat məsələsi müzakirə mövzusudur"