Daxili işlər orqanlarında həyata keçirilən kadr dəyişikliyi ilə bağlı məlumatlar dəqiqləşib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı müvafiq əmrlərlə Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Rafiq Abbasov tutduğu vəzifədən azad edilərək Daxili İşlər Nazirliyinin Kadrlar İdarəsinin rəisi vəzifəsinə təyinat alıb.
Nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidov tutduğu vəzifədən azad olunaraq Bakı Şəhər Baş Polis İdarəsinin rəisi təyin edilib.
Quba Rayon Polis Şöbəsinin rəisi Seyfulla Əzimov isə Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin rəisi təyin olunub.
DİN-in mətbuat xidmətindən faktı təsdiqləyiblər.
14:53
Daxili işlər orqanlarında kadr dəyişikliyi həyata keçirilib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı müvafiq əmrlə Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Rafiq Abbasov tutduğu vəzifədən azad edilərək Daxili İşlər Nazirliyinin Kadrlar İdarəsinin rəisi vəzifəsinə təyinat alıb.
Bundan başqa, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidov tutduğu vəzifədən azad edilərək Bakı Şəhər Baş Polis İdarəsinin rəisi təyin edilib.
Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayev isə tutduğu vəzifədən azad edilərək, Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin rəisi təyin olunub.
Quba Rayon Polis Şöbəsinin rəisi Seyfulla Əzimov isə Nəsimi rayon Polis İdarəsinin rəisi vəzifəsinə təyinat alıb.
Nizami Rayon Polis İdarəsinin 24-cü polis bölməsinin rəisi Lətif Cahangirov isə tutduğu vəzifədən çıxarılaraq Qaradağ Rayon Polis İdarəsinin 11-ci polis bölməsinə rəis göndərilib.
Məlumatı DİN-in mətbuat xidməti ilə dəqiqləşdirmək mümkün olmayıb.
Qeyd edək ki, təyinat barədə ilk xəbəri Qafqazinfo yayıb.
14:42
Daxili işlər naziri Ramil Usubovun əmri ilə Bakı şəhər Baş Polis İdarəsinin rəisi general – mayor Rafiq Abbasov vəzifəsindən azad edilib.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumat DİN-dən daxil olub.
Məlumata görə, R. Usubov Bakı polisinin yeni rəisi vəzifəsinə “bandotdel”in rəisi general-mayor Mirqafar Seyidovu təyin edib.
Nazirin digər əmri ilə R.Abbasova yeni təyinat verildiyi bildirilir. Hələ ki, onun hansı vəzifəyə təyin olunması ilə bağlı dəqiq məlumat olmasa da, Abbasovun Nazirliyin Kadrlar İdarəsinin və ya “bandotdel”in rəisi təyin edildiyi deyilir.
Qeyd edək ki, R. Abbasov Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərovun bacanağıdır.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov “Qafqazinfo”nun yaydğı xəbərlə bağlı Modern.az saytına bildirib ki, nazirliyinin informasiya şöbəsinə bu barədə məlumat daxil olmayıb.
“Bizdə belə bir məlumat yoxdur. Olsa niyə gizlədim ki?”.
Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Qalib Arif də bu barədə hər hansı informasiyaya sahib olmadığını vurğulayıb.
14:25
Bakı şəhər Baş Polis İdarəsinin rəisi general-mayor Rafiq Abbasovun vəzifəsindən azad edilməsi və Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə rəis təyin olunması haqda məlumat yayılıb. Qafqazinfonun məlumatına görə, Bakı polisinin yeni rəisi vəzifəsinə isə MCQMİ-nin rəisi general-mayor Mirqafar Seyidov təyin olunub.
Oxu.Az Modern.az-a istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov məsələnən bağlı bildirib ki, nazirliyinin informasiya şöbəsinə bu barədə məlumat daxil olmayıb. “Bizdə belə bir məlumat yoxdur. Olsa niyə gizlədim ki?”.
Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Qalib Arif bu barədə hər hansı informasiyaya sahib olmadığını vurğulayıb.
E.Ə.
www.oxu.az