Nərimanov Rayon Polis İdarəsinin rəisi İsmayıl Əsədov vəzifəsindən azad olunub.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, müvafiq əmri daxili işlər naziri, generel-polkovnik Ramil Usubov imzalayıb.
Digər əmrlə o, Kürdəmir Rayon Polis İdarəsinə rəis təyin edib.
Qeyd edək ki, İ.Əsədov ölkənin tanınmış polis zabitlərindəndir. O, Bakının bir neçə rayonunda polis rəisi vəzifəsini tutub.
