Daxili işlər naziri Ramil Usubov Bakı şəhəri Baş Yol Polisi idarəsinin yol-patrul xidmətinin alay komandiri polkovnik Nadir Piriyevin işdən azad edilməsi barədə əmr imzalayıb.
Oxu.Az haqqın.az-a istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarında bəyan edilənə görə, Nadir Piriyev işdə yol verdiyi nöqsanlara görə işdən azad edilib.
Xəbər verilib ki, şəhər DAİ-də ikinci adam hesab edilən Piriyevin işdən azad edilməsinin səbəbi yol polisinin də iştirak etdiyi son zamanlarda baş verən rüşvətxorluq qalmaqalları və rezonanslı YNH-lər olub.