2014-cü ilin yanvar-may aylarında Gömrük Komitəsi Azərbaycanın büdcəsinə 597,49 milyon manat vəsait köçürüb.
Oxu.Az Dövlət Gömrük Komitəsinə (DGK) istinadən bildirir ki, 2014-cü ilin may ayı ərzində ümümi yığılan gömrük rüsumlarının məbləği 133 574,20 min manat təşkil edib.
Bunlardan gömrük rüsumları 20 605,18 min manat, ƏDV – 105 418,28 min manat, aksizlər – 6 127,22 min manat, yol vergisi – 1 423,52 min manatdır.
DGK-nın yanvar-may aylarının hesabatına əsasən əldə edilən məbləğin 15,43%-i gömrük rüsumlarının, 78,92%-i ƏDV-nin, 4,58%-i aksizlərin və 1,07%-i isə yol vergisinin payına düşür.
Mütləq ölçüdə cari ilin əvvəlindən beş ay ərzində 120 953,05 min manat gömrük rüsumları, 446 968,29 min manat ƏDV, 23 104,48 min manat aksizlər və 6 465,18 min manat isə yol vergisi təşkil edir.
2013-cü ilin yanvar-may ayları ilə müqayisədə cari ilin yanvar-may aylarında rüsumların həcmi 14,28% artıb.
Gülnarə Zeynalova
www.oxu.az