Azərbaycanda 2014-cü ilin may ayının 1-nə nominal orta aylıq əmək haqqı 434,4 manat təşkil edib.
Oxu.Az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankı (AMB) 2014-cü ilin 1 may tarixinə əsas makroiqtisadi göstəriciləri açıqlayıb.
AMB-nin hesabatına görə, 2014-cü ilin mayın əvvəlinə ölkəmizin ÜDM-i 18,2 mlrd. manata çatıb (artım tempi 103,2%).
Qeyd edək ki, ÜDM-də qeyri-neft sektorunun payı 50,3% təşkil edib və ya 9,16 mlrd. manat olub.
Cari ilin aprel ayı ərzində əsas kapitala 4,63 mlrd. manat yönəldilib. Qoyuluşların artım tempi 104,6% təşkil edib.
AMB-nin məlumatına görə, aprel ayı ərzində əhalinin nominal gəlirləri 12,1 mlrd. manat təşkil edib.
Bundan başqa, cari ilin aprel ayında istehlak qiymətlərin indeksi, əvvəlki aya nisbətən 0,2%, orta illik hesabla isə 1,9% təşkil edib.
Gülnarə Zeynalova
www.oxu.az