Amerikanın Oreqon ştatında kiçik bir şəhərdə dünən naməlum şəxs məktəbə daxil olaraq şagirdlərdən birini öldürüb, sonra isə özünə qəsd edib.
Oxu.Az Euronews-a istinadən xəbər verir ki, bu artıq bu ay ərzində ikinci bənzər hadisədir. İyunun 5-də də naməlum atıcı 19 yaşlı tələbəni Sietldə öldürüb və bir neçə nəfəri də yaralayıb. Amerikalılar hiddətlənib, onların arasında ölkə prezidenti Barak Obama da var.
“Bizim cəmiyyət silahın inanılmaz ziyan vura biləcək insanların əlinə düşməməsi üçün tədbir görməyə etiraz edir. Biz dünyada belə şeylərin baş verdiyi yeganə xalq, yeganə inkişaf etmiş ölkəyik” – Obama deyib.
Prezident Obama artıq üç ildir ki, Konqresdən silah gəzdirmək üçün qanunların sərtləşdirilməsini tələb etsə də, hələ də istəyinə nail olmayıb. Amma Konqres ABŞ-ın Milli atıcılıq assosiasiyasının lobbiçilərinin təsiri altında bu hüququ təsdiqləyən konstitusiyada dəyişiklik etmək istəmir.