"Baku TV beynəlxalq əməkdaşlığını genişləndirir".
Oxu.Az xəbər verir ki, bu fikirləri "Real" TV-də yayımlanan "Media masası" verilişində Baku TV-nin direktoru Ramin Cəfərov səsləndirib.
O bildirib ki, Baku TV xarici media qurumları ilə əməkdaşlıq əlaqələrini davamlı şəkildə genişləndirir və bu istiqamətdə müxtəlif ölkələrin aparıcı televiziya kanalları və xəbər agentlikləri ilə memorandumlar imzalayır.
"Memorandum təkcə kağızda deyil, iş fəaliyyətimizdə də əksini tapır. Bir-birimiz üçün xüsusi reportajlar hazırlayırıq. Qazaxıstan, Özbəkistan, Çin kimi ölkələrdə Azərbaycanı tanıdırıq. Azərbaycanla bağlı xüsusi günlərdə onların televiziyalarında reportajlar gedir. Eynisini biz də edirik. Çalışırıq beynəlxalq əlaqələrimizi genişləndirək".
Ramin Cəfərov qeyd edib ki, bu əməkdaşlıqlar vasitəsilə Azərbaycanın beynəlxalq informasiya məkanında daha geniş təbliği həyata keçirilir və media qurumları arasında qarşılıqlı informasiya mübadiləsi gücləndirilir.
O, həmçinin yerli media sahəsində peşəkar kadrlara ehtiyacın olduğunu da vurğulayıb. R.Cəfərovun sözlərinə görə, hazırda televiziya rəhbərləri kadr çatışmazlığı problemi ilə üzləşirlər.