Azərbaycanda media rəhbərlərini vahid platformada bir araya gətirən "Media Masası" layihəsinin növbəti buraxılışı yayımlanıb.
Oxu.Az xəbər verir ki, REAL TV-nin təqdim etdiyi bu verilişdə televiziya, informasiya təhlükəsizliyi və medianın gələcəyi kimi aktual mövzular ekspertlərin və auditoriyanın iştirakı ilə interaktiv şəkildə müzakirə olunur.
Layihənin üçüncü buraxılışında Baku TV-nin direktoru Ramin Cəfərov və "Space" TV-nin baş direktoru Ayaz Mustafayev sualları cavablandırıblar.
Müzakirəni təqdim edirik: