"Tamaşaçının zövqünü bilmək üçün çox asan bir yol var. İndiki gənclər nəyə görə televiziyaya baxmırlar, daha çox sosial şəbəkələr, yaxud sosial şəbəkələrdə yaranan media qurumlarına baxırlar? Buna görə ki, onlar əlçatandırlar. Televiziyaya isə ancaq baxırsan, oraya nə şərh yaza bilirsən, nə sözünü deyə bilirsən".
Oxu.Az xəbər verir ki, bu fikirləri "Real" TV-də yayımlanan "Media Masası" verilişində Baku TV-nin direktoru Ramin Cəfərov səsləndirib.
R.Cəfərovun sözlərinə görə, televiziya ilə tamaşaçı arasında kommunikasiya qurulmalıdır:
"Baku TV nə isə paylaşanda tamaşaçı şərh yaza bilər ki, məsələn bu, düzgün deyil. O şərhə də cavab gələndə tamaşaçı başa düşür ki, diqqət mərkəzindədir".