2026-cı il aprelin 1-nə olan vəziyyətə əsasən, Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzv ölkələrin ümumi xarici borcu 552.6 milyard dollara çatıb.
Oxu.Az bu barədə Economist.kg portalın istinadən xəbər verir.
Məlumata görə, son bir ildə Aİİ ölkələrinin ümumi xarici borcu 2.9 milyard dollar və ya 0.5 faiz artıb.
Bununla belə, Rusiyanın xarici borcu 4.5 faiz və ya 13.9 milyard dollar azalaraq 299.1 milyard dollara enib.
Ən yüksək artım tempi Ermənistanda qeydə alınıb. Belə ki, ölkənin xarici borcu 17 faiz artaraq 20 milyard dollara çatıb.
Qazaxıstanın xarici borcu 7.5 faiz artaraq 182.8 milyard dollar, Belarusun xarici borcu 2.9 faiz artaraq 38.3 milyard dollar, Qırğızıstanın xarici borcu isə 1.4 faiz artaraq 12.4 milyard dollar olub.
Birinci rübün yekunlarına görə, Rusiyanın xarici borcu daha 2.5 faiz və ya 7.7 milyard dollar azalıb.
Qeyd edək ki, ötən il ərzində Rusiyanın xarici öhdəliklərinin ümumi həcmi təxminən 17 milyard dollar artmışdı.