İspaniyanın Madrid Muxtar İcmasında baş verən meşə yanğınları nəticəsində təxminən 100 ev dağılıb.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Madrid regional hökumətinin rəhbəri İzabel Dias Ayuso jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, təkcə Madrid Muxtar İcmasında yanğının əhatə etdiyi ərazi 27 min hektara yaxındır.
"Söhbət təxminən 100 dağılmış evdən gedir", - deyə Ayuso bildirib.
Hazırda İspaniyanın müxtəlif bölgələrində bir neçə iri meşə yanğını davam edir. Ən genişmiqyaslı yanğın Madrid Muxtar İcması ilə Avila vilayətini əhatə edib. Ötən həftə başlayan yanğın ümumilikdə 77 min hektara yaxın ərazini bürüyüb. Alov hələ tam lokallaşdırılmasa da, vəziyyətin sabitləşdiyi bildirilir.
İspaniya hakimiyyəti yanğından zərər çəkmiş əraziləri fövqəladə vəziyyət nəticəsində ciddi zərər dəymiş zona elan edib.
Yerli KİV-in məlumatına görə, Avila vilayətində baş verən meşə yanğını ölkədə müşahidələrin aparılmağa başlanmasından bəri qeydə alınan ən böyük yanğındır.
Bundan əvvəl İspaniyanın Baş naziri Pedro Sançes bildirib ki, 2026-cı ildə ölkədə baş verən meşə yanğınları nəticəsində 150 min hektara yaxın ərazi yanıb, 13 nəfər həyatını itirib.