Abşeron Rayon Məhkəməsində Ramiz Mehdiyevin kürəkəni, keçmiş deputat İlham Əliyevin qudası Rövşən Mustafayevə hökm oxunub.
Oxu.Az-ın müxbiri xəbər verir ki, o, 15 sutka inzibati həbs cəzası alıb.
Ramiz Mehdiyevin kürəkəni və onun qudası 15 sutka həbs edildi - YENİLƏNİB + VİDEO
11.49
Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA prezidenti Ramiz Mehdiyevin kürəkəni, eks-deputat İlham Əliyev və qudası Rövşən Mustafayev Abşeron Rayon Məhkəməsinə gətirilir.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, bu, avqustun 18-də sabiq deputatın öz bağ evində qızı Fidan Əliyeva üçün keçirdiyi toy mərasimi ilə bağlıdır.
Karantin qaydalarını pozduqları üçün cəmiyyətdə geniş müzakirələrə səbəb olan toy sahibləri barədə qanunamüvafiq formada ölçü götürüləcək.
Əlavə məlumat verəcəyik.