Bu gün saat 7:00-dan başlayaraq Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının 23 iyul 2015-ci il tarixli “Bakı şəhərində nəqliyyatın hərəkətinin təkmilləşdirilməsi üzrə əlavə tədbirlər haqqında” qərarına əsasən rayon qeydiyyatında olan minik və yük avtomobillərinin Bakıya girişi qadağandır.
Oxu.Az xəbər verir ki, rayonlardan gələn avtomobillər şəhərin cənub və şimal girişindəki dayanacaqlarda saxlanılacaqlar.
Rayon qeydiyyatında olan avtomobillər gecə saat 24:00-dan səhər saat 7:00-a qədər Bakıya daxil ola bilər.
Qeyd edək ki, rayon qeydiyyatında olan avtomobillər üçün ödənişsiz dayanacaq Bakı-Quba-Rusiya Federasıyası sərhədi avtomobil yolunun 17-ci kilometrliyində və “VAZ yol qovşağı” adlanan sahəsində, eləcə də Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 15 kilometrliyində yaradılıb.
Elvin Əhmədov
www.oxu.az