Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Rayon avtovağzallarında sərnişin sıxlığı YARANDI
Yeni il tətilində rayonlara gedənlər artıq paytaxta üz tuturlar.
Oxu.Az Xəzər TV-yə istinadən xəbər verir ki, bayram tətilinin son günündə Gəncə Beynəlxalq Avtovağzalında canlanma müşahidə olunur.
Sərnişinlər bilet almaq və paytaxta yola düşməklə bağlı çətinliklə üzləşmədiklərini deyirlər. Gəncə Beynəlxalq Avtovağzalından bildirilib ki, xəttə 4 əlavə avtobusun cəlb olunması artan tələbatı ödəməyə imkan verir.
Gəncədən Bakıya gündə 2 reys olmaqla sürət qatarı da sərnişindaşıma xidməti həyata keçirir.
Şəki avtovağzalında da intensivlik müşahidə olunub. Şəkidən daha çox Bakı, Sumqayıt, qismən də Gəncə istiqamətinə sıxlıq müşahidə olunub. Biletlər onlayn qaydada və kassadan satılır.
Müraciətlərin çoxluğu nəzərə alınaraq, Şəki-Bakı xəttinə əlavə 2 iritutumlu avtobus çıxarılıb.
Lənkəran avtovağzalında səhər saatlarında sərnişin axını müşahidə olunub. Tələbatı ödəmək üçün xəttə əlavə avtobuslar buraxılıb.
Avtovağzal rəsmisi süni qiymət artımına ciddi nəzarət edildiyini, gedişhaqqının Tarif Şurasının müəyyən etdiyi qaydada həyata keçirildiyini bildirib.
Ətraflı süjetdə:
Rəylər