Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Rayonlarda leysan olub, Şahdağa qar yağıb - FAKTİKİ HAVA
Oktyabrın 9-da saat 09:00-a olan məlumata əsasən, oktyabrın 8-də günün ikinci yarısından Azərbaycanda hava şəraiti dəyişib.
Oxu.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb. Axşam saatlarında qısamüddətli arabir güclənən şimal-qərb küləyinin sürəti gecəyə doğru 7-12 m/s-dək zəifləyib.
Şahdağın 3 500 metrdən yüksək dağlıq ərazilərinə qar yağıb.
Düşən yağıntının miqdarı Qəbələdə 15 mm, Qaxda 7 mm, Şəki, Xaltan və Beyləqanda 4 mm, Şahbuz, Tərtər, Zaqatala, Şahdağ, Naxçıvan, Şərur, Culfa, Gədəbəy, Daşkəsən, Göygöl, Naftalan, Ceyrançöl, Ağdam, İsmayıllı, Balakən, Oğuz, Qusar, Xınalıq, Qrız, Göyçay, Bərdə, Yevlax, İmişli və Kürdəmirdə 3 mm-dək olub.
Şəmkir, Qrız, Sabirabad, Neftçalada duman müşahidə olunub.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 29, Naxçıvan MR-da 31, Aran rayonlarında 35, dağlıq rayonlarda 23 dərəcəyədək isti olub.
Rəylər