Politoloq Razi Nurullayev “Planet Parni iz Baku” teatrının bədii rəhbəri Tahir İmanovu sərt tənqid edib.
Oxu.Az xəbər verir ki, o, bu barədə Facebook hesabında yazıb:
“Yumoruna güldüyümüz “Bakılı Oğlanlar”dan olan Tahir İmanov müsahibə verib və özünü biabır edib. O deyir ki, televiziyalar mənə qadağa qoyub, məmurlar üz döndərib, hamı bizi təhqir edir. Əmin ol, Tahir İmanov, sənin müsahibəni oxuyandan sonra müxalifətçilər, ziyalılar və yerdə qalan məmurlar da səndən üz döndərəcəklər. Çünki, sənin bu müsahibən özünü bərpa yox, məhv etməkdir.
Sənin işin-gücün yoxdur, müxalifəti dartışdırırsan? Səni hər dəfə görəndə kanalı dəyişəcəm. Amma yaxşı ki, səni daha göstərmirlər.
Sabah hakimiyyətə başqası gəlsə, sənin əqidən dəyişəcək və ona xidmət edəcəksən. Bax bunu bildiklərinə görə hər kəs səndən üz döndərib”.
