İsrail hərbçiləri bəyan ediblər ki, Qəzzada HƏMAS yaraqlılarına qarşı əməliyyatlar davam edir və bu ərazinin mərkəz və cənubunda daha çox hədəfə istiqamətlənəcək.
Oxu.Az BBC-yə istinadən xəbər verir ki, cənubi komandanlığın rəhbəri general Sami Turgemanın bəyan etdiyinə görə, orduya ifşa edilmiş tunelləri məhv etmək üçün bir neçə gün lazımdır.
Bununla yanaşı İsrailin rabitə naziri Gilad Erdan bəyan edib ki, İsrail atəşkəsə yalnız İsrail tərəfinin bütün şərtləri qəbul olduğu halda razılaşacaq.
HƏMAS öz növbəsində İsrail əməliyyatlarını kütləvi qətl adlandırıb.
13000-dən çox fələstinli 23 gün ərzində vəfat edib, onların çoxu dinc əhali olub. 56 əsgər və 3 dinc sakin isə İsrail tərəfdən həlak olub.