HƏMAS-ın əsgəri qanadı hesab edilən “İzzeddin el-Kassam Tugayları” İsrail ordusuna aid bir F16 döyüş təyyarəsinin Qəzza səmalarında raketlə vurulduğunu açıqlayıb.
Oxu.Az AzNews.az-a istinadən xəbər verir ki, yazılı açıqlamada qeyd olunana görə, İsrail ordusuna aid döyüş təyyarəsi Qəzzanın mərkəzindəki Deyr el-Belah bölgəsinin səmalarında bir hədəfə zərbə endirərkən vurulub.
İddialar sırasında İsrailin Qəzzaya hücuma başladığı 7 iyuldan bu yana bu ölkəyə aid 3 pilotsuz təyyarənin də vurulması da var. İsrail tərəfi isə məsələyə münasibət bildirməyib. Qeyd edək ki, İsrailin bu ilin iyul ayının 7-də “Qoruyucu xətt” adı altında Qəzzaya havadan, 17-də isə qurudan hücuma keçməsi nəticəsində 635 fələstinli ölüb, 4 min nəfər yaralanıb.